Veb-sayt | ![]() |
|
Bölmənin ünvanı |
AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76 |
|
Tel. |
(+994 36) 5446580 |
|
Faks |
(+994 36) 5454622 |
|
Elektron poçtu | ||
Bölmənin yaranma tarixi |
Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu–Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi üçün iki üçmərtəbəli bina ayrılmışdır. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2010-cu ildə isə İnstitutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının binası istifadəyə verilmişdir. Ötən dövr ərzində Bölmənin Batabat Astrofizika Rəsədxanası üçün yeni bina tikilmiş, “Nəbatat bağı” yenidən qurulmuş, Bölmə Beynəlxalq İnternet Şəbəkəsinə qoşulmuş, elektron kitabxana və 4 elektron portal yaradılmışdır. 2005-ci ildə Bölmədə “Tusi” adlı nəşriyyat fəaliyyətə başlamış və ilk olaraq Gəmiqaya ilə bağlı xüsusi nömrə çapdan çıxmışdır. Ötən dövr ərzində iki seriyada nəşr olunan Bölmənin “Xəbərlər” jurnalının 50 nömrəsi, “Axtarışlar” jurnalının isə 26 nömrəsi işıq üzü görmüşdür. Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları, təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilmiş müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunmuşdur. Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəlada hallar atlası”,(üç dildə) “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas kimi fundamental nəşrləri işıq üzü görmüşdür. Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 180 monoqrafiyası, 187 kitabı, 21 metodik vəsaiti, 6875 elmi məqaləsi, 202 tezisi, 17 xəritəsi, 3 atlası çap olunmuşdur. Bölmə əməkdaşları 5 tövsiyə, 37 buklet hazırlamış, 28 patent almışlar. Əsərlərdən 16 monoqrafiya, 18 kitab, 1468 məqalə, 64 tezis xaricdə çapdan çıxmışdır. Ötən fəaliyyət dövründə Bölmə əməkdaşları 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olmuşlar. Ötən dövr ərzində AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən Dissertasiya Şurasında 13 elmlər doktoru, 74 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi müvəffəqiyyətlə keçirilmişdir. |
|
Bölmənin sədri |
Akademik İsmayıl Muxtar oğlu Hacıyev (+994 36) 5446580 (+994 50) 2117658 |
|
Bölmənin elmi katibi |
Əkrəm Rüfət oğlu Hüseyzadə (+994 36) 5451680 Mob. tel.: (+994 55) 3460566 Rəşad Əli oğlu Zülfüqarov (+994 36) 5451680 Mob tel.: (+994 60) 3201248 Elektron poçtu: zulfuqarov_1981@mail.ru |
|
Rəyasət Heyətinin üzvləri |
Akademik İsmayıl Muxtar oğlu Hacıyev Akademik Tariyel Hüseynəli oğlu Talıbov Müxbir üzv Hacıfəxrəddin Yəhya oğlu Səfərli Müxbir üzv Əbülfəz Aman oğlu Quliyev Müxbir üzv Əliəddin Dəyyan oğlu Abbasov Müxbir üzv Vəli Baxşəli oğlu Baxşəliyev Müxbir üzv Məhərrəmov Saleh Heydər oğlu Müxbir üzv Əliyev Tofiq Abbasəli oglu |
|
Bölməyə daxil olan elmi tədqiqat müəssisələri |
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu |
|
Bölmənin tərkibində olan təşkilatlar |
Arxeologiya və Etnoqrafiya muzeyi Seysmoloji Xidmət Mərkəzi Distant Təhsil Mərkəzi |
|
Şöbələr | ||
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
Gözəl Sultan qızı Qənbərova Orxan Rza oğlu Bağırov Emin Arif oğlu Şıxəliyev Günel Aslan qızı Məmmədova Zülfiyyə Hüseyn qızı İsmayıl |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - üzvləri |
Əkrəm Rüfət oğlu Hüseynzadə Günel Aslan qızı Məmmədova Günel Mirhəşim qızı Seyidzadə |