www.science.az
15.05.2014 00:00

“Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyətə nəzarət” adlı kitab çapdan çıxıb

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Rauf Sərdarlının “Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyətə nəzarət” kitabı işıq üzü görüb.

İngilis dilində çapdan çıxmış yeni nəşrdə metrologiyanın nəzəri və praktiki əsasları, son nailiyyətləri haqqında ətraflı məlumat yer alıb.

Kitabda metrologiya haqqında ümumi məlumat, metroloji sistemin inkişafı, ölçmə nəzəriyyəsinin əsasları, metroloji təminatın məqsəd və vəzifələri, respublikada metroloji fəaliyyətin hüquqi əsasları və s. haqqında məlumatlar geniş şərh olunur.

Kitabdan ali məktəb tələbələri, nəzəri biliklərini artırmaq istəyənlər, həmçinin bu sahənin mütəxəssisləri istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.