www.science.az
22.11.2017 16:53

“Azərbaycan kimya elminin korifeyləri” kitabı rus dilində çapdan çıxıb

AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevin elmi redaktorluğu ilə “Azərbaycan kimya elminin korifeyləri” kitabı rus dilində çapdan çıxıb. 

Nəşr ölkəmizdə kimya elminin formalaşmasında və inkişafında mühüm rol oynamış, Azərbaycan və dünya elminə mühüm töhfələr vermiş AMEA-nın həqiqi və müxbir üzvləri seçilmiş, görkəmli kimyaçı alimlərin həyat və elmi fəaliyyətlərinə həsr olunub.

Kimyanın müxtəlif sahələri üzrə yeni elmi istiqamətlər və məktəblər yaratmış alimlərin biblioqrafik məlumatlarını və nailiyyətlərini özündə əks etdirən kitab elmi işçilər və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.