www.science.az
12.10.2017 10:11

Akademik Ramiz Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsində AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovla görüş keçirilib.

Əvvəlcə akademik R.Məmmədov rəhbərlik etdiyi müəssisədə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, Coğrafiya İnstitutunun kollektivinin uzun illər üzərində işlədiyi “Azərbaycan Respublikasının coğrafiyası” III cildlik kitabı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən, elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Akademik R.Məmmədov rəhbəri olduğu Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyətinə də toxunub. O, bu qurumun respublikamızın coğrafi şəraitinin, təbiətinin, təbii ehtiyatlarının öyrənilməsində və təbliğində böyük rolu olduğunu diqqətə çatdırıb.

R.Məmmədov sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent  Məhərrəm Həsənov və Təhsil şöbəsinin müdiri, c.ü.f.d., dosent Müseyib Yunusov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.