www.science.az
11.10.2017 12:21

Rusiya alimləri bitki əsaslı jelatinin köməyi ilə süni sümük yaradıblar

Tomsk Dövlət Universitetinin (TDU) kimya fakültəsinin alimləri süni sümüyü təbii analoquna yaxınlaşdıran sümük toxumasının əsas mineral komponentinin sintezi metodunu işləyib hazırlayıblar.

www.interfax.ru saytı xəbər verir ki, alimlər hidroksiapatit adlı sümük toxumasının əsas mineral komponentinə lazımi məsaməliliyi təmin etmək üçün dəniz yosunlarından hazırlanan aqar-aqar bitki əsaslı jelatini əlavə ediblər və nəticədə bu tozun sintezinin yeni üsulu yaradılıb.

Jelatin yüksək temperaturun təsiri altında yanaraq materialda məsamələrin əmələ gəlməsinə səbəb olur. Materialdakı məsamələrin mövcüdluğu sümük toxumalarının implantla bitişməsini təmin edərək sintetik materialın insanın təbii toxumaları ilə biouyğunluğunu artırır.