www.science.az
18.12.2014 00:00

“Ədəbiyyatımızın vicdanı: Məqalələr, xatirələr, məktublar” kitabı nəşrə hazırlanır

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, tanınmış ictimai xadim, akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş “Ədəbiyyatımızın vicdanı: Məqalələr, xatirələr, məktublar” adlı kitab çap olunacaq.

AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə nəşr olunacaq kitabda M.A.Dadaşzadənin elmi yaradıcılığı haqqında son 50 ildə (1964-2014) yazılmış məqalələr, alimlə bağlı xatirələr toplanır. Nəşrdə görkəmli şəxslərin, elm və mədəniyyət xadimlərinin Məmməd Arifə ünvanlanmış məktubları da yer alacaq.

Kitabın tərtibçisi AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə, redaktoru Əməkdar İncəsənət Xadimi, professor Zümrüd Dadaşzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.