www.science.az
12.10.2020 12:08

Neft-Kimya Prosesləri İnstitutundan ordumuza dəstək

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və institutun əməkdaşı, professor Elmira Süleymanova Tərtərdə olub, rayon hakimiyyətinin başçısı və yerli sakinlərlə görüşüblər.

Müəssisənin kollektivinin topladığı vəsait hesabına dəyəri 7 min manat olan müxtəlif vasitələr əsgərlərimizə çatdırılıb.

Tərtər əhalisi hər zaman olduğu kimi, yenə də düşməndən çəkinmədən öz evlərini tərk etməyiblər.

Əminik ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz xalqımız ilə birlikdə zəbt olunmuş torpaqlarımızı tam azad edəcək, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Qələbə bizimlədir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.