www.science.az
07.08.2020 12:17

Naxçıvan Bölməsində virtual sərgi təşkil edilib

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında bu elmi qurumun yubileyi ilə əlaqədar virtual sərgi təşkil edilib.

“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi-18” adlı sərgidə Naxçıvan Muxtar Respublikasında elmin keçdiyi inkişaf yolunu əks etdirən kitablar nümayiş etdirilir. Həmçinin bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların müxtəlif elmi nəşrləri, dövri-mətbuat nümunələri oxuculara təqdim olunur.

Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası”, “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində,” “Naxçıvan duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də virtual ziyarətçilərin ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.