www.science.az
24.01.2020 16:18

Erməni məsələsi üzrə elmi tədqiqatlar aparan alimlər mükafatlandırılacaq

Yanvarın 30-da saat 14:00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Professor Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçiriləcək.

Medal və sertifikatlar erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında səmərəli fəaliyyəti ilə seçilən alimlərə veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.