www.science.az
21.11.2019 15:09

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 4-cü nömrəsi çapdan çıxıb

İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 4-cü nömrəsi çapdan çıxıb.

Jurnalda 18-i Azərbaycan, 1-i rus, 1-i ingilis dilində olmaqla, 20 elmi məqalə dərc olunub.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.