www.science.az
24.10.2019 17:09

“Nəsimi və ardıcılları: Üsuli – Ruhi Bağdadi” kitabı nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Nəsimi ili” çərçivəsində “Nəsimi və ardıcılları: Üsuli – Ruhi Bağdadi” adlı növbəti kitab çapdan çıxıb.

Nəşrin müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist Şöhrət Səlimbəylidir.

İki hissədən ibarət olan kitabın I hissəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin və onun davamçıları – XVI əsrdə yaşamış türk şairləri Üsuli və Ruhi Bağdadinin həyat və yaradıcılıqları araşdırılıb, təhlillər aparılıb.

II hissədə isə XX əsrin görkəmli ədəbiyyatşünas alimi Əbdülbaki Gölpınarlının hər üç şairin yaradıcılığı və şeirləri haqqında 1953-cü ildə İstanbulda nəşr olunmuş “Nəsimi – Üsuli – Ruhi” adlı tədqiqat əsəri təqdim olunur.  

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimov, rəyçiləri isə professorlar Yaqub Babayev və Mahmud Allahmanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.