www.science.az
23.10.2019 16:49

A.A.Əlizadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əlizadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.