www.science.az
22.10.2019 10:25

“Azərbaycan titanmaqnetitli konsentratların reduksiya proseslərinin fiziki-kimyəvi əsasları” kitabı nəşr olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Afəridə Qasımovanın “Azərbaycan titanmaqnetitli konsentratların reduksiya proseslərinin fiziki-kimyəvi əsasları” kitabı rus dilində çapdan çıxıb.

Monoqrafiyada müəllifin son illər apardığı elmi tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verilib. Aparılan tədqiqatların yekunu olaraq Acınohur yatağında titanmaqnit xammalından toz halında dəmir və titan dioksidin alınmasının asan, tullantısız texnoloji sxemi hazırlanıb və bu texnologiya metallurgiya sənayesində tətbiq oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.