www.science.az
18.06.2014 00:00

“Kitabi-Dədə Qorqud”: nitq janrları və davranış poetikası” kitabı işıq üzü görüb

AMEA Folklor İnstitutu tərəfindən fil.ü.e.d. Rüstəm Kamalın “Kitabi-Dədə Qorqud”: nitq janrları və davranış poetikası” kitabı nəşr olunub.

Kitabda türkün ulu abidəsi “Kitabi-Dədə Qorqud”da davranış poetikası araşdırılıb.

M.Baxtinin nitq janrları, Y.Lotmanın məişət davranışı poetikası, C.Ostinin nitq aktları və permormativlik nəzəriyyələri işığında epik mətn çərçivəsində nitq janrlarının (performativ, ekspressv, fatik) təsviri verilir, onların dilin miforitual təcrübəsi ilə əlaqəsi müəyyən edilir. Eposun kommunikativ məkanının təşkilində performativlik hadisəsi təhlil edilir.

Tədqiqatın metodoloji istiqamətini linqvopraqramatik və semiotik metodların vəhdəti müəyyənləşdirir.

Yeni nəşr “Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.