www.science.az
11.10.2019 09:47

“Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub

AMEA-nın Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir İsmayılovun “Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub.

Bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan kitabda universitetin yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlar, Cümhuriyyət Parlamentinin qanun layihəsi, 1920-ci il aprel işğalından sonra universitetin fəaliyyəti araşdırılır.

Nəşrin redaktoru və “Ön söz”ün müəllifi Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.