www.science.az
15.09.2014 00:00

“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Sentyabrın 16-da saat 11:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Azərbaycanın neft salnaməsi” adlı kataloqun təqdimat mərasimi və “Azərbaycanın neft salnaməsi” adlı sərginin açılışı keçiriləcək.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA Rəyasət Heyətinin üzvləri, AMEA institutlarının rəhbərləri, ARDNŞ, xarici neft şirkətlərinin nümayəndələri, xarici səfirliklərin rəhbər heyəti, muzey direktorları və alimlər iştirak edəcək

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.