www.science.az
02.09.2019 16:22

“Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək

Noyabrın 14-də AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfrans “Cənubi Qafqazda terror” və “Şimali Qafqazda terror” bölmələri üzrə təşkil olunacaq. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələrinə həsr edilən məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrinin tezislərini oktyabrın 20-dək qafqazdaterror@gmail.com elektron ünvanına göndərməlidir.

Konfransın bölmələrinə uyğun olmayan tezislər qəbul edilməyəcək.

Ətraflı məlumatı Qafqazşünaslıq İnstitutunun rəsmi saytından əldə etmək olar.

Tel: (+994 12) 539 89 55

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.