www.science.az
10.06.2014 00:00

AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər”inin növbəti sayı işıq üzü görüb

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə ithaf olunan “Elmi əsərlər” silsiləsindən növbəti sayı işıq üzü görüb. MEK-in direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunan jurnalda “Kitabxanaşünaşlıq”, “Biblioqrafiaşünaslıq”, “Kitabşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri biblioqrafik mənbələrdə” və “Elmi həyat” bölmələri üzrə məqalələr təqdim olunub.

Jurnalın redaksiya heyətinə Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan Elmlər Akademiyası kitabxanalarının direktorları daxildir. Dərgidə Rusiya EA Təbiət Elmləri Kitabxanasının direktoru, texnika elmləri doktoru N.E.Kalyonov, T.N.Xarıbina, E.V.Beskaravaynaya, U.B.Moxnaçova, Belarus Milli EA Kitabxanasının direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru N.U.Beryozkina və s. alimlərin məqalələri yer alıb. Məqalələrdə kitabxanaların müasir fəaliyyəti və vəziyyəti, elmi-tədqiqatların informasiya təminatı, elmi kitabxanalarda innovasiyalar, kitabxana kolleksiyalarının konservasiyası və s. mövzular geniş işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.