www.science.az
15.08.2019 16:19

Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

23-25 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans "Funksional analiz və operatorlar nəzəriyyəsi", "Diferensial tənliklər və optimal idarəetmə", "Azərbaycanda riyaziyyatın və riyazi təhsilin inkişaf tarixi", "Mexanika və tətbiqi riyaziyyat" bölmələri üzrə təşkil olunacaq.

Beynəlxalq konfrans haqqında ətraflı məlumatı imm60.imm.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.